İngiltərədə ölənlər arasında azərbaycanlılar olub? - XİN-dən açıqlama

ingilterede-olenler-arasinda-azerbaycanlilar-olub
Oxunma sayı: 660

Mançesterdə baş verən terror aktında ölən 22 nəfər arasında azərbaycanlılar yoxdur.

“Qafqazinfo” xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinə istinadən bildirib ki, hal-hazırda olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Amma məsələ ilə əlaqədar Səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.