İngiltərədə terror törədən 22 yaşlı Salmanın fotosu yayıldı

ingilterede-terror-toreden-22-yasli-salmanin-fotosu-yayildi
Oxunma sayı: 640

İngiltərə tarixinin ən böyük terrorlarından birini həyata keçirən şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı İŞİD-in öz üzərində götürdüyü hücumu 22 yaşlı Liviya əsilli Salman Abadinin törətdiyi iddia edilir. Times terrorçunun məktəb dostuna istinadən yazır ki, o, bir neçə gün əvvəl Liviyadan gəlib və məhz orada hazırlıq keçib. 

İngiltərə mətbuatı Abadinin fotolarını da əldə edib. 

Qeyd edək ki, amerikalı müğənni Ariana Grandenin konsertinin sonlarına yaxın baş verən partlayışda aralarında uşaqlar da olmaqla 22 nəfər ölmüşdü. Polis hücumun evdə hazırlanan bomba ilə həyata keçirildiyini və terrorçu-kamikadzenin özünün də öldüyünü açıqlayıb.