İngiltərədən Türkiyəyə qarşı qərar

ingiltereden-turkiyeye-qarsi-qerar
Oxunma sayı: 4070

İngiltərə hökuməti Türkiyəyə qarşı gözlənilməz addım atıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi “Ankara Sazişi” çərçivəsində türk vətəndaşlarına verdiyi müddətsiz yaşamaq icazəsi ləğv edib. Bildirilir ki, türklər artıq İngiltərədə yalnız müddətli yaşamaq icazəsi ala biləcəklər.

Belə ki, əvvəlki razılşamaya əsasən, ilk müraciətdə 1 illik, 3 illik və nəhayət, 4-cü ildə müddətsiz yaşamaq icazəsi almaq mümkün idi. Yeni qərara əsasən, isə artıq türk vətəndaşlara yalnız 3 illik viza veriləcək. İngiltərənin Daxili işlər Nazirliyi onu da bəyan edib ki, dəyişiklik istiqamətində yeni ərizə kateqoriyası hazırlanır.

Aysel Kərimova