İnquşetiyada sərhəd bölgüsünə etiraz - Atəş açıldı+Video

inqusetiyada-serhed-bolgusune-etiraz
Oxunma sayı: 1861

İnquşetiya və Çeçenistan arasında yeni sərhəd bölgüsü kütləvi etirazlara səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, İnquşetiya və Çeçenistan inzibati sərhədin çəkilməsi barədə razılığa gəlib. Bu qərar İnquşetiya parlamentində 25 deputatdan 17-si tərəfindən qəbul edilib. Sərhəd bölgüsünün ədalətsiz olmasına etiraz edən yüzlərlə inquşetiyalı küçələrə axın edib. Onlar paytaxt Maqas şəhərinin mərkəzi yolunu bağlayıblar. Deputatlar parlamentdən qvardiyanın müşayiəti ilə çıxarılıblar, nümayişçiləri dağıtmaq üçün havaya atəş açılıb.

Qeyd edək ki, sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək.

Aysel Kərimova