“İnter” batdıqca batır

inter-batdiqca-batir
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun mərkəzi qarşılaşması Romada baş tutub. Əzəli rəqiblər “Roma” və “Latsio”nun görüşündə ikincilər qələbə qazanıb – 2:1. Ağır günlərini yaşayan “İnter” isə növbəti dəfə xal itirib. “Neradzurra” evdə “Kataniya”ya məğlubiyyətdən son dəqiqələrdə qurtulub. Beləliklə, “İnter”in qələbəsiz oyunlar seriyası 9-a çatıb (2 heç-heçə, 7 məğlubiyyət).

"Palermo" - "Milan" - 0:4
Qollar: İbrahimoviç, 21 (0:1), 31 (0:2), 35 (0:3), Silva, 58 (0:4)
"Yuventus" - "Kievo" - 1:1
Qollar: Keqlie, 18 (1:0), Drame, 76 (1:1)
"Parma" - "Napoli" - 1:2
Qollar: Kaani, 40 (0:1), Zakkardo, 77 (1:1), Lavezzi, 86 (1:2)
"Leççe" - "Genua" - 2:2
Qollar: Skulli, 21 (0:1), 85 (2:2), Muriel, 61 (1:1), Brivio, 81 (2:1)
"Fiorentina" - "Çezena" - 2:0
Qollar: Moras, 61-avtoqol (1:0), Nastasik, 74 (2:0)
"Siena" - "Kalyari" - 3:0
Qollar: Boqdani, 41 (1:0), Kalayo, 80 (2:0), Qrosso, 82 (3:0)
"Roma" - "Latsio" - 1:2
Qollar: Hernanes, 10-pen (0:1), Borini, 16 (1:1), Mauri, 62 (1:2)
"Boloniya" - "Novara" - 1:0
Qol: Akvafreska, 82 (1:0)
"Udineze" - "Atalanta" - 0:0
"İnter" - "Kataniya" - 2:2
Qollar: Qomez, 20 (0:1), İzko, 38 (0:2), Forlan, 71 (1:2), Milito, 80 (2:2)

Ceyhun Əhmədov