““İnter yaşayacaq, görəcəksiz” - Rəmiş Malıyev

inter-yasayacaq-goreceksiz
Oxunma sayı: 636

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"nin qonağı olan "İnter" bu görüşdən məğlub ayrılıb (3:4).

“Qafqazinfo” xəbər verir ki, “İnter”in müvəqqəti rəhbəri Rəmiş Malıyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Futbolçular rahat oynadılar. Bu meydanda hiss olunurdu. Ona görə də açıq oyun getdi. Oyundan razı qaldım.
 
- "İnter”in bundan sonrakı aqibəti necə olacaq?

- "İnter" yaşayacaq, bunu görəcəksiz. Amma klub hansı səviyyədə fəaliyyət göstərəcək, bunu bilmirəm. Çalışacağıq indiki səviyyəni saxlayaq.
 
-"İnter”in bu mövsümkü çıxışını necə dəyərləndirirsiz?

- Yüksək qiymətləndirirəm. Hətta futbolçuları qəhrəman adlandırardım. Çünki baş verənlər komandanın oyununa təsir etmədi. Sağ olsunlar ki, bürünc medal qazandılar.
 
- Deyilənə görə, bəzi futbolçular başqa klublarla anlaşıblar. Heyətin dağılmasından narahat deyilsiz?

- Müqaviləsi sona çatan futbolçular var ki, onların başqa klublarla danışıqlar aparması normaldı. Öz futbolçularımızla da danışıq aparırıq. Bir neçə futbolçu ilə razılığa gəlmişik. 
 
- Futbolçulara mart və aprel ayının maaşları nə vaxt veriləcək?

- Bu yaxınlarda fevralın maaşın verdik. May ayında da aprelin maaşın verəcəyik. Fevraldan bəri hər ay maaşlar verilir. Təqribən, mayın 13-ü futbolçulara maaşlar veriləcək.
 
- Beynəlxalq Bankın kluba olan borcu nə vaxt ödəniləcək?

- Bu artıq səlahiyyətli şəxslərin öhdəsinə düşür. Bizim işimiz klubun idarəçiliyə bağlıdı.