İnternetdə ən az vaxt keçirən ölkə hansıdır?

internetde-en-az-vaxt-keciren-olke-hansidir
Oxunma sayı: 1734

“Hootsuite” və “We Are Social” ekspertləri 2018-ci ilin yekununa görə internetin inkişafı və onun həyatımızdakı rolunu qiymətləndirib.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, araşdırmaya görə, orta statistik istifadəçi internetdə 6 saat 42 dəqiqə vaxt keçirir. Bu o deməkdir ki, insanlar həyatının üçdə birini internetdə keçirir.

Rusiyada orta göstərici 6 saat 29 dəqiqə təşkil edir. Filippinlilər isə internetdə 10 saatdan çox vaxt keçirir. Həmçinin Braziliya, Tailand və Kolumbiya sakinləri internetdə 9 saatdan çox vaxt keçirirlər.

Reytinqin son pilləsində Yaponiya qərarlaşıb. Bu ölkədə insanlar internetdə 4 saatdan az vaxt keçirir. Avropanın bir sıra zəngin ölkələrində bu göstərici 5-6 saat təşkil edir.

Afrika ölkələrində isə internet istifadəçilərinin sayı yüksək templə artır. Ekspertlər bunu ucuz və ya hətta ödənişsiz internetin təmini üçün çoxsaylı təşəbbüslərin olması ilə izah edirlər.