İntihar edən arvadının məzarı üstündə özünü güllələdi

intihar-eden-arvadinin-mezari-ustunde-ozunu-gulleledi
Oxunma sayı: 855

Türkiyənin Aydın rayonunun Bozdoğan qəsəbəsində dəhşətli ntihar hadisəsi baş verib.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, 31 yaşlı Caner Taşkın həyat yoldaşının məzarı üstündə tüfənglə özünü vuraraq intihar edib.

Canerin həyat yoldaşı, 26 yaşlı Sevcan Taşkın isə iyulun 4-də iddialara görə Canerlə mübahisə etdikdən sonra çox sayda dərman içərək özünü öldürüb.

Hadisədən sonra Sevcanın ölümünü qəbul edə bilməyən Caner hər gün onun məzarını ziyarət edib, son ziyarətində o da intihar edib.

Cütlük 3 il evli olub.