“İpək Yolu” jurnalı Rusiyanın elmi istinad bazasında indekslənir

“İpək Yolu” jurnalı Rusiyanın elmi istinad bazasında indekslənir
Oxunma sayı: 185

Azərbaycan Universitetinin bir neçə ay əvvəl Rusiyanın E-LIBRARY (РИНЦ) elmi istinad bazasına daxil edilmiş “İpək Yolu” elmi jurnalı redaksiya heyətinin apardığı səmərəli işlərin nəticəsi olaraq bu həftədən etibarən bu bazada indekslənməyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu bazaya Azərbaycandan 67 elmi jurnal daxil olsa da, onlardan yalnız 7-si indekslənir. Bu isə  “İpək Yolu”nun elmi məcmuə olaraq elmi ictimaiyyət tərəfindən getdikcə daha ciddi qəbul olunmasının  göstəricisidir. Jurnalın elektron səhifəsinin yaradılması, daxil olan bütün məqalələrin rəyləşdirilməsi və bununla da çap olunan məqalələrin elmi keyfiyyətinin yüksəldilməsi jurnalın nüfuzunun artmasında mühüm rol oynayıb.

RİNS (РИНЦ) Rusiyanın əsas elmi istinad mənbəyi hesab edilir və “Thomson Reuters” Agentliyinin  “Clarivate Analytics” təşkilatı ilə ilə əməkdşlıq edir.

1997-ci ildən nəşr olunan “İpək Yolu” jurnalı bundan əvvəl Academic Keys (USA), ResearchBib (Academic Resource Index) (Japan), Scientific Indexing Services SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index (ASI) (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index (ESJI) (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeskləmə bazalarına daxil edilib. Jurnal həmçinin AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi