iPhone 7 işlədənlər, diqqətli olun!

iphone-7-isledenler-diqqetli-olun
Oxunma sayı: 3571

Alman Nüvə Təhlükəsizliyi Radiasiya Qoruma Ofisi ən çox radiasiya yayan telefonların siyahısını açıqlayıb.

“Qafqazinfo” “Teach.az”a istinadən xəbər verir ki, 0.60 vat dəyərini aşan telefonların “xərçəngə dəvətnamə” çıxardığı araşdırma nəticəsində məlum olub. 

Qeyd edək ki, ən az radiasiya yayan telefonun Sony Xperia M5 (0,14 W) olduğu açıqlanıb. Bununla bərabər Google tərəfindən hazırlanan telefonlar da aşağı radiasiya ilə diqqət çəkir.

Huawei-nin altı fərqli telefonla yer aldığı ən çox radiasiya yayan telefonların siyahısını təqdim edirik:

Apple iPhone 7 (1,38 W)

Huawei P9 lite (1,38 W)

OnePlus 5 (1,39 W)

Huawei Nova Plus (1.41 W)

Huawei P9 (1,43 W)

Huawei GX8 (1,44 W)

Huawei P9 Plus (1,48 W)

Nokia Lumia 630 (1,51 W)

Huawei Mate 9 (1,64 W)

OnePlus 5T (1,68 W)