“iPhone XI” barəsində məlumatlar ortaya çıxdı - Foto

iphone-xi-baresinde-melumatlar-ortaya-cixdi
Oxunma sayı: 2188

Üçlü kamera və şüşə gövdəyə sahib olacaq “iPhone XI” smartfonunun bəzi texniki göstəriciləri ortaya çıxıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yeni model “iPhone XS”in davamçısı olaraq qiymətləndirilir.

Məlumata görə, “iPhone XI” modeli iPhone XS” kimi 5.8 düym OLED ekrana sahib olacaq. Bununla yanaşı yeni smartfonun ekranının üzərində olacaq çıxıntı hissə daha kiçik ölçüdə, ekran ətrafı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar.

Bu model IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə, “Lightning” girişi yerinə USB Type-C girişinə və 4000 mAh enerji tutumlu batareyaya sahib olacaq.

Smartfon 4 rəngdə satışa çıxacaq: gümüşü, qızılı,, mavi və boz.