İran 2 dəfə silkələndi

iran-2-defe-silkelendi
Oxunma sayı: 887

İranın cənubunda Xormozqan əyalətində 4,7 və 5,7 bal gücündə iki zəlzələ baş verib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, ilk təkan səhər saat 9:34-də, ikinci təkan isə 3 dəqiqə sonra qeydə alınıb. Zəlzələ ocağı 22 və 8 kilometr dərinlikdə yerləşib. Hadisə yerinə xilasedicilər göndərilib.

Ölən və xəsarət alanlar haqda hələlik məlumat yoxdur.