İran ölkənin brəpa edilməsi üçün İraqa 3 milyard dollarlıq kredit verəcək.
“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Bağdada 3 günlük səfəri zamanı bildirib.
“İran İraqa 3 milard dollar məbləğində kredit verməyə hazırlaşır. Bununla İranın özəl şirkətlərinin və sektorunun İraqın bərpasında payını artırmaq istəyirik”, deyə Cahangiri söyləyib.
Onun sözlərinə görə, İran və İraq iqtisadi-siyasi münasibətləri inkişaf etdirmək niyyətindədir.
Bundan əlavə hər iki ölkəni birləşdirən dəmiryol xətlərinin bərpası da nəzərdə tutulub.