İran neftin qiymətini endirdi

iran-neftin-qiymetini-endirdi
Oxunma sayı: 2714

İran yanacaq bazarındakı tələbləri və digər istehsalçı ölkələrin tətbiq etdiyi endirimləri dəyərləndirərək neftin qiymətini azaldıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İRNA” agentliyinə İranın Neft Nazirliyinin adını açıqlamayan rəsmisi danışıb:

“Müştərilərə endirimlər etmək, bütün neft ixracatçıları tərəfindən həyata keçirilən bazardakı əsaslardan biridir”. 

Nazirlik rəsmisi hansı məbləğdə endirim edildiyini isə açıqlamayıb. 

Qeyd edək ki, İranın avqustdan etibarən neftin qiymətində 60-80 sent endirim edəcəyi deyilirdi. İran neft ixracatının yarısını Hindistan və Çinə, 25%-ni Avropa ölkələrinə, digər qismini isə Cənubi Koreya və Yaponiyaya edir.