İran və Türkiyə XİN rəhbərləri Bakıya gəlir

iran-ve-turkiye-xin-rehberleri-bakiya-gelir
Oxunma sayı: 1211

Tezliklə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bəyan edib.

Onun sözlərinə görə, görüş Bakıda baş tutacaq.

Səfir Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün də bu il Tehranda keçiriləcəyini təsdiqləyib.