İranda İsrail yazıçısının romanı nəşr olunub

iranda-israil-yazicisinin-romani-nesr-olunub
Oxunma sayı: 641

“Media forum” saytının məlumatına görə, Amos Oz jurnalistlərə açıqlamasında deyib ki, İranla İsrail arasında çaxnaşmanın gündən-günə dərinləşdiyi bir vaxtda əsərinin İranda buraxılmasına sevinir: “Əsərin tərcüməsi və çapı üçün məndən icazə alınmayıb, mənim və əvvəlki naşirin hüquqları nəzərdə tutulmayıb. İranda buraxılan kitabıma görə mənim hər hansı maddi umacağım yoxdur. Bu əməlin əslində bir oğurluq sayılmasına baxmayaraq mən kitabımın İranda buraxılmasına sevinirəm. Hesab edirəm ki, bu oğurluq mədəni bir fəaliyyətin ortaya çıxması, düşüncənin yayılması və insanlar arasında dialoqun başlanması ilə nəticələnib. Qoy bir-birimizlə bomba və təhdid dili ilə yox, kitab dili danışaq”.

Şəhruz Rəşidin tərcüməsində və 132 səhifədə çapdan çıxan “Birdən-birə meşə ortasında” romanına yazılan müqəddimədə Amos Oz “sionist rejimi həmişə tənqid edən yazıçı” və onun fələstinlilərlə bağlı siyasətinə etiraz bildirən şəxs kimi təqdim olunub.