İrandan Avropaya təhdid - “İstəklərimizi yerinə gətirməsələr…”

irandan-avropaya-tehdid
Oxunma sayı: 1669

İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei prezident Həsən Ruhani və digər rəsmi şəxslərlə iftar mərasimində görüşüb.

“Qafqazinfo” xəbər verir ki, məclisdə çıxış edən Xamenei Avropaya sərt ismarışlar göndərib.

O, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra bəzi Avropa ölkələrinin buna lazımi şəkildə cavab vermədiklərini söyləyib:

“Biz Avropa ilə “dalaşmaq” istəmirik. Lakin onlar ən həssas zamanda ABŞ-ın yanında olduqlarını göstərdilər. Sözdə danışırlar, amma əməldə etmirlər”.

Xemenei Avropa ölkələrinin İrandan neft alışı və bank sistemi ilə bağlı təminat vermələrinin vacib olduğunu söyləyib:

“Onlara güvənmirik. Ona görə də təminat istəyirik. Əgər avropalılar istəklərimizi gecikdirsələr, o zaman İran nüvə fəaliyyətlərinə başlamaq haqqına sahibdir. İran Atom Enerji Qurumu bunu hazır vəziyyətdə gözləməlidir”.