İranlı qadın spikerin pivəli fotosu ölkəni qarışdırdı

iranli-qadin-spikerin-piveli-fotosu-olkeni-qarisdirdi
Oxunma sayı: 1965

İranda dövlət televiziyasının məşhur spikerlərindən olan Azadeh Namdari İsveçrədə tətildə olduğu zaman pivə içərkən görüntülənib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, saçları açıq şəkildə spirtli içki içən Namdari sosial şəbəkədə tənqid atəşinə tutulub, yerli media isə onu ikiüzlülükdə ittiham edib. 

Spiker şəkildə ailəsi ilə birlikdə olduğunu və yanında əyləşənlərin qadın qohumları olduğuna görə saçlarını açıq qoyduğunu söyləyərək bu cür rahat davranmasının normal olduğunu ifadə edib.