İraq və İran arasında neft müaviləsi bağlanıb

iraq-ve-iran-arasinda-neft-muavilesi-baglanib
Oxunma sayı: 1120

İraq Kərkükdəki yataqlarındakı nefti İrana ixrac edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq neft naziri Cabbar əl-Laibi bildirib.

Onun sözlərinə görə, söhbət gün ərzində 30-60 min barrel neftdən gedir. Müqavilə İraq neft şirkəti SOMO ilə İran arasında bağlanılıb.

Öz növbəsində şirkətin baş direktoru Əl əl-Yasiri bildirib ki, saziş İraq neft ixracı üçün lazım olan yeni limanı təmin edəcək.