İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır

isgender-hemidov-emeliyyat-ucun-xarice-aparilir
Oxunma sayı: 5961

Dünən axşam saatlarında sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti anidən pisləşib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İ.Həmidov şiddətli ürək ağrıları və tutma ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin onu əməliyyat etmək təklifinə ailə üzvləri razılıq verməyiblər.

İ.Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xarici ölkəyə aparılmasına qərar verilib.