İşıqdan pulsuz istifadə edirdi, əməlinin üstü açıldı - Video

isiqdan-pulsuz-istifade-edirdi-emelinin-ustu-acildi
Oxunma sayı: 3304

Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb.

Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.

Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizmini xüsusi maqnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.

Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.

Yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilib.