İsrail Bilala terrorçu dedi - Fransa ultimatum göndərdi

israil-bilala-terrorcu-dedi
Oxunma sayı: 1701

Bir neçə gündür ki, Fransa ilə İsrail arasında “Eurovision”la bağlı gərgin anlar yaşanır.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb İsrailin ictimai kanalı olan KAN-da yayımlanacaq “Douze Pua” proqramıdır.  “Yedioth Ahronot” qəzetinin məlumatına əsasən, veriliş Fransa təmsilçisi Bilal Hassanini homoseksual və terrorçuluqda şübhəli bilinən biri kimi təqdim edib.  

Fransa anonsu yayılan verilişlə bağlı İsrailə ultimatum göndərib. Müraciətdə qeyd olunub ki, proqram yayımlanacağı təqdirdə Fransa tərəfi “Eurovision”dan geri çəkiləcək və beynəlxalq layihədə iştirak etməyəcək. 

Kanalın rəhbəri Eldad Koblenz isə KAN TV-də sözügedən layihənin yayımlanacağını, mövzu barədə “Eurovision”un rəsmisi Jon Ola Sandla danışıqlar apardığını bildirib.