İsrailin “F-35” qırıcısı İran səmasında uçdu - Xamenei generalı işdən qovdu

israilin-f-35-qiricisi-iran-semasinda-ucdu
Oxunma sayı: 3841

İsrail Hava Qüvvələrinin “F-35” qırıcısını İran səmasında sınaqdan keçirməsi ölkədə böyük rezonans doğurub.

“Qafqazinfo” “Dünya büllüeteni”nə istinadən xəbər verir ki, İranin Ali Dini lideri hava məkanının təhlükəsizliyini qoruya bilməyən İran Hava Qüvvələrinin komandiri, general-mayor Fərzad İsmayılı işdən çıxarıb.

Qeyd edək ki, İsrailə məxsus “F-35”in İranın Tehran, İsfahan, Şiraz, Bəndər-Abbas şəhərlərinin səmasında uçduğu iddia edilir. Bu qırıcıların əsas özəlliklərindən biri hava radarlarından gizlənməkdir. İsrailin də bu xüsusiyyəti İran səmasında sınaqdan keçirdiyi bildirilir.