İstirahət günlərində səyahətə çıxanlar üçün hava - Proqnozu

istirahet-gunlerinde-seyahete-cixanlar-ucun-hava
Oxunma sayı: 2180

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri - avqustun 25-26-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən “Qafqazinfo”ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin avqustun 25-26-da səhər saatlarında əsasən dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda isə 21-26° isti olacağı gözlənilir.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Buna baxmayaraq, avqustun 26-da səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34°, dağlıq rayonlarda 23-28° isti olacaq.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 32-37° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 32-37° isti olacağı bildirilir.

Paytaxtda avqustun 25-26-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-33° isti olacağı ehtimal edilir.