İsveçdən uyğur türkləri ilə bağlı qərar

isvecden-uygur-turkleri-ile-bagli-qerar
Oxunma sayı: 1847

Çinin Sincan Uyğur Muxtar Bölgəsindən İsveçə gedərək sığınacaq istəyən uyğur türklərinə qaçqın statusu veriləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveç Miqrasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, onların müraciətləri birbaşa qəbul ediləcək və ölkədən deportasiya edilməyəcəklər.

Qeyd edək ki, Çində müxtəlif düşərgələrdə 1 milyondan çox müsəlmanın saxlanıldığı və işgəncələrə məruz qaldığı bildirilir.