İsveçrədə iki sərnişin qatarı toqquşdu

isvecrede-iki-sernisin-qatari-toqqusdu
Oxunma sayı: 704


Qəza nəticəsində ən azı 40 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır. Şahidlərin sözlərinə görə, qəzada ağır yaralanan şəxslər qatarların maşinistləridir. Ölənlər barədə məlumat verilmir. Hadisə Bernlə Lozanna arasında Qranj-pre-Marnan vağzalının yaxınlığında baş verib. Qəza yerində xilasedicilər işləyir./anspress/