İtlər “Qurd”u dişlədi... - “Birinin boynunu sındırdıq”

itler-qurdu-disledi
Oxunma sayı: 8310

“Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminovun başına iş gəlib.“Qafqazinfo” xəbər verir ki, gənc ifaçı Bakıda itlərin hücumuna məruz qalıb.

Bu barədə "Qurd"un özü instaqram səhifəsində məlumat yayıb:

“İtlərin hücumuna məruz qaldıq. Vaksin vurulub, qorxmayın. 6 itdən 1-nin boynunu sındıra bildik”.

***

“Qafqazinfo” hadisənin təfərrüatını öyrənmək üçün reperlə əlaqə saxlayıb O, hücumun ötən gün baş verdiyini söyləyib:

“Hadisə   5-ci gündən 6 günə keçən gecə  olub. Günəşli ərazisində maşını qaraja qoyub evə gedirdim. Tək idim,ən azı 6 it hücum etdi. Qol, bud, ayaq, sifət və əlimdən yaralandım. Onlardan birinin boynunu qırmışam. Birdən insana qeyri-adi güc gəlir”.