İvanişvili Azərbaycanın yaxşılığını unutmur

ivanisvili-azerbaycanin-yaxsiligini-unutmur
Oxunma sayı: 648

“Qafqazinfo” AzərTAc-a istinaədn xəbər verir ki, baş nazir Gürcüstanın yeni hökumətinin həyata keçirəcəyi tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı sualı cavablandıran Bidzina İvanişvili deyib ki, Azərbaycan hər zaman Gürcüstana dəstək olmuşdur və gürcü xalqı bunu heç zaman unutmayacaqdır. O, qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstana böyük məbləğdə sərmayə yatırıb və ölkənin təbii qazla təminatı istiqamətində səmərəli əməkdaşlıq davam etdirilir.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi niyyətində olduğunu söyləyən Bidzina İvanişvili Baş nazir vəzifəsində ikinci səfərini məhz ölkəmizə edəcəyini söyləyib.
Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində torpaq bölgüsündə ədalətsizliyə yol verilməsi ilə bağlı sualı cavablandırarkən Bidzina İvanişvili seçkiqabağı görüşlərində bu barədə ona məlumatın verildiyini deyib. Baş nazir bu ədalətsizliyə son qoyulması üçün ciddi tədbirlər görüldüyünü, torpaqların yerli əhaliyə verilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.