İvanişvili baş naziri niyə istefaya göndərdi?

ivanisvili-bas-naziri-niye-istefaya-gonderdi
Oxunma sayı: 2187

Xəbər verdiyimiz kimi, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa edib.

"Qafqazinfo"nun məlumatına görə, o, bunun səbəbi kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olduğunu göstərib. 

Politoloq Elxan Şahinoğlu isə sözügedən istefanı belə şərh edib: 

"Fikrimcə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır. İvanişvili görür ki, hakim “Gürcü arzusu” partiyasının və hökumətin reytinqi sürətlə aşağı enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qayıtmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözər, ancaq Saakaşvilini geri qayıdışı onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var: Ya hökumətin başına özü keçəcək, ya da Kvrikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək".