“Jara”nın dördüncü günündə səhnədə baş verənlər - Fotolar

jaranin-dorduncu-gununde-sehnede-bas-verenler
Oxunma sayı: 11218

“Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu gününün konsert proqramı təqdim edilib. 

“Qafqazinfo” xəbər verir ki, festivalın sonuncu günündə Valeri Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib. Habelə A’Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim edilib.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.