“JEK”in qadın əməkdaşını öldürənə 18 il həbs verildi

jekin-qadin-emekdasini-oldurene-18-il-hebs-verildi
Oxunma sayı: 954

Bakı Ağır Cinayətlər Məhkəməsində "JEK" işçisi öldürməkdə təqsirləndirilən Firuz Nəsibliyə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, 2017-ci ilin noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş. 

Murad Əhməd