Jurnalistikadan bəhs edən iki kitab - Foto

jurnalistikadan-behs-eden-iki-kitab-foto
Oxunma sayı: 694

Universitetin məbuat və informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, dərslikdə jurnalistikanın inkişafı mərhələləri, mətbuat üzərində tarixi qadağa mexanizmləri, jurnalistikanın nəzəri konsepsiyası, peşə etikasının və hüquqi tənzimləmə prosesinin əsas aspektləri, kütləvi informasiya vasitələrinin tipoloji xarakteristikası, mətbuat janrları, praktik fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət, telejurnalistikanın bəzi yaradıcılıq prinsipləri və s. məsələlər öz əksini tapıb. Kitab universitetlərin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

Bundan başqa, Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı da çapdan çıxıb. Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültəsinin, filologiya fakültəsinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Nigar Məmmədli