Jurnalistlə bağlı DİN-ə müraciət ediləcək

jurnalistle-bagli-din-e-muraciet-edilecek
Oxunma sayı: 655

Seymur Həziyev bildirib ki, dekabrın 9-da naməlum adamların Ceyranbatan qəsəbəsində onu axtarması çox müəmmalıdır: “Soraqlaşmadan başqa heç bir xüsusi sübut yoxdur ki, biz bu işi araşdıraq. Məni naməlum adamlar soruşduğu üçün gözlədim ki, hər hansı bir araşdırma olsun. Amma bu olmadı. İndiyədək gözləyirəm. Əgər hansısa bir sübut tapsam, onun əsasında ərizə yazacam.

Naməlum şəxslərin məni axtarması haqda ictimaiyyətə məlumat verdikdən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov əlaqə saxladı və bildirdi ki, bununla bağlı daxili işlər orqanlarına müraciət edəcək”.

Bu il martın 26-da qara maskalı 6 nəfər naməlum adam Seymur Həziyevi oğurlayaraq döyüb. Onu gecə vaxtı evinə gedərkən yaşadığı Ceyranbatan qəsəbəsində döyə-döyə mikroavtobusa mindiriblər. Avtomobildə jurnalistin başına maska keçirib yenə döyüblər. Təxminən 20-25 dəqiqə yol qət edərək onu bir evə gətiriblər. Naməlum şəxslər jurnalisti palçıqda sürüyüblər, videoya çəkiblər, sonra gətirib bir yerdə küçədə tullayıblar. Jurnalisti döyənlər ona “ağıllı olmağı, camaat necə yaşayırsa, elə yaşamağı” məsləhət görüblər.