Kabildə DİN binası yaxınlığında partlayış olub

kabilde-din-binasi-yaxinliginda-partlayis-olub
Oxunma sayı: 750

Əfqanıstanın paytaxtı Kabildə Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra silah səsləri eşidilib. 

Hadisənin təfərrüatı araşdırılır. 

Qeyd edək ki, daha əvvəl Əfqanıstanda 2 partlayış baş vermişdi. Nəticədə 6 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdı.