Kaka “Real”dan getmək istəyir

kaka-realdan-getmek-isteyir
Oxunma sayı: 647

2007-ci ildə “Milan”ın heyətində olarkən dünyanın ən yaxşı futbolçusu seçilib. 2009-cu ildə isə “Real”a transfer olunub. Lakin çox zaman zədəli olduğundan oynamağa şans tapmayıb. Artıq özü də başa düşür ki, klubdan ayrılmaq vaxtı çatıb.

Futbolçu İtaliya mətbuatına verdiyi açıqlamada da köhnə klubuna qayıtmaq istədiyini bildirib. “Artıq “Real”dan getmək istəyirəm. “Milan”a keçmək üçün hər şeyi etməyə hazıram”

Ancaq bir müddət bundan əvvəl Kakanın adı “Qalatasary”la hallananda “Milan” rəhbərliyi, əsasən də Adriano Qaliyani İstanbul klubuna bunun yaxşı transfer olmayacağı ilə bağlı xəbərdarlıq da edib. Lakin indi “Milan” özü 30 yaşlı brazlilyalının transferi üçün canfəşanlıq edir.

İqbal