“Kamran Ağayev meyxanadan uzaqlaşır”

kamran-agayev-meyxanadan-uzaqlasir
Oxunma sayı: 3248

“Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimiz rəqibə qarşı oynamağın yolunu göstərib. Yaxşı nəticə ilə xalqı sevindirməyə çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəkləri ilk tur matçından əvvəl mətbuat konfransında deyib.

32 yaşlı qapıçı “Niyə də yox?!” şüarına meyxana həsr etmişdiniz, bu dəfə belə bir fikriniz varmı?” sualına belə cavab verib: “Əvvəl oynayaq, sonrasına baxarıq”.

Bu suala Qurban Qurbanov da reaksiyasını bildirib. O, “Kamran yavaş-yavaş meyxanadan uzaqlaşır. Bundan sonra bütün fikrini oyuna yönəldəcək” deyib.

Qeyd edək ki, Azərbaycan - Kosovo matçı 7 sentyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.