Kandaliza Rayz bu telekanalda işləyəcək

kandaliza-rayz-bu-telekanalda-isleyecek
Oxunma sayı: 637

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rayz kanalda siyasi şərhçi olaraq fəaliyət göstərəcək. Bu barədə kanalın müxbirlərindən olan Mark Noller özünün tvitter səhifəsində məlumat verib: “CBS Nyus elan edir ki, ABŞ-ın keçmiş dövlət katibi Kandaliza Rayz bugündən etibarən kanalın ştatdankənar əməkdaşı olaraq işə başlayacaq”.

Qeyd edək ki, dövlət departamentində uzun müddət çalışdıqdan sonra Kandaliza Rayz Stenford universitetinə qayıdaraq politologiyadan dərs keçməyə davam edib.