Karlov cinayətində Gülənin əli olub? - Həbs qərarı çıxarıldı

karlov-cinayetinde-gulenin-eli-olub
Oxunma sayı: 2123

19 dekabr 2016-cı ildə odlu silahla qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Sergey Karlovun cinayət işi ilə bağlı aparılan istintaqda yeni faktlar ortaya çıxıb.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, Ankara Cümhuriyyət Məhkəməsi cinayət işi ilə əlaqəsi olduğu şübhə edilən 8 nəfər haqqında həbs qərarı çıxarıb.

Onların arasında FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin də adı var. Məhkəmə Karlovun qətlinin FETÖ tərəfindən sifariş edildiyi iddiası ilə yeni istintaqa başlayıb.

Haqqında saxlanılma qərarı çıxarılan şəxslər Fətullah Gülən, Əmrə Uslu, Cengiz Özkan, Camal Karata, Həmzə Sevinc, Temel Alsancaq, Şərif Əli Təkalan və Murad Tokaydır.

Qeyd edək ki, Türkiyə ABŞ-da yaşayan F.Gülənin təhvil verilməsini dəfələrlə istəsə də, hələlik müsbət cavab alınmayıb.