Karlov zirehli avtomobilsiz və mühafizəsiz gəzirdi

karlov-zirehli-avtomobilsiz-ve-muhafizesiz-gezirdi-
Oxunma sayı: 4608

Ötən axşam Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, mərhum səfir zirehli avtomobilsiz və mühafizəçisiz gəzirmiş.

Jurnalistlərin bu məsələ ilə bağlı sualına isə səfirin “Mənə heç kim bir şey edə bilməz” deyə cavab verdiyi məlumdur.

Qeyd edək ki, Andrey Karlov 2013-cü ilin iyulunda Rusiyanın Ankaradakı səfiri təyin olunub.