Keçmiş rəis yenidən vəzifəyə qayıtdı

kecmis-reis-yeniden-vezifeye-qayitdi
Oxunma sayı: 2464

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Fərid Daşdəmirli öz xahişi ilə işdən azad olunub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun yerinə əvvəllər də sözügedən şəbəkənin rəisi işləmiş Vidadi Babayev gətirilib. Hazırda bu vəzifənin icrası ona həvalə olunub. 

O, son olaraq Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsində çalışıb.

Tural Hüseynli