Kəndlər satışa çıxarılıb- - 5-10 min dollara

kendler-satisa-cixarilib-
Oxunma sayı: 4314


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürd birləşmələrinin müqavimətindən sonra Kobanidən geri çəkilməyə başlayan terrorçular işğal etdikləri kəndləri 5- 10 min dollar qarşılığında ərəblərə satmağa başlayıb. 362 kəndi ələ keçirən terrorçular həmçinin kəndlərdəki evlərin elektrik naqillərini, evdəki ərzaqları belə satışa çıxarıblar.

Kobani sakinləri İŞİD-in bunu planlı şəkildə iki millət arasında qarışıqlıq yaratmaq məqsədi ilə etdiyini deyirlər.