Kərkükü 100 minə yaxın kürd tərk edib

kerkuku-100-mine-yaxin-kurd-terk-edib
Oxunma sayı: 1928

İraqın Kərkük vilayətini 100 minə yaxın kürd tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” yerli şahidlərə əsasən məlumat yayıb.

Onların sözlərinə görə, Ərbil və Süleymaniyə istiqamətin avtomobillərin hərəkəti gecə saatlarına qədər  gərgin şəkildə davam edib.

Şahidlərin sözlərinə görə, kürdlərin çoxu “Əl Haşd əş-Şaab” şiə qruplaşması cəzalarından qorxaraq öz evlərini tərk ediblər.

Ərəb və türkmənlər isə ordunu ələrində İraq bayraqları ilə qarşılayıblar.

Şəhərdə hazırda komendant saatı tətbiq olunur.