“Keşlə” argentinalı futbolçu ilə anlaşdı

kesle-argentinali-futbolcu-ile-anlasdi
Oxunma sayı: 1227

Bakının “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt təmsilçisi argentinalı Franko Valentin Floreslə danışıqları müsbət yekunlaşdırıb.

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Kiprin “Alki” klubunda oynayıb.

Qeyd edək ki, “Keşlə” bunadək Rəşad Əzizli və Ruslan Qurbanovu da rənglərinə bağlayıb.