“Keşlə” serbiyalı məşqçiyə tapşırıldı

kesle-serbiyali-mesqciye-tapsirildi
Oxunma sayı: 1871

“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi əcnəbi mütəxəssislə anlaşıb.

Avropa Liqasında “Baltsan”a məğlubiyyətdən sonra Yuri Maksimovla yollarını ayıran “Keşlə”nin Müşahidə Şurasının bu gün iclası baş tutub.

Müzakirələrdən sonra baş məşqçi postu Mladen Milinkoviçə həvalə olunub. Serbiyalı mütəxəssis yeni komandası ilə 1 illik müqavilə imzalayıb.