“Keşlə” “Sumqayıt”a ilin ilk məğlubiyyətini yaşatdı - Video

kesle-sumqayita-ilin-ilk-meglubiyyetini-yasatdi
Oxunma sayı: 1905

Azərbaycan kubokunda yarımfinal mərhələsində ilk matçlara start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk qarşılaşması “Keşlə” “Sumqayıt”ı qəbul edib.

Matçın taleyini 1 qol həll edib. Son saniyələrdə Meza Kolli “Keşlə”yə qələbə qazandırıb.

Bu, “Sumqayıt”ın çempionat oyunları daxil olmaqla 2018-ci ildə ilk məğlubiyətti olub.

Qeyd edək ki, yarımfinalın digər matçında “Qəbələ” “Neftçi” ilə qarşılaşır. Komandalar arasında cavab oyunları aprelin 18-də olacaq.

“Keşlə” - “Sumqayıt” - 1:0

Qol: Meza Kolli, 90+2