“Kişi müəllimlərin sayı artırılsın...”

kisi-muellimlerin-sayi-artirilsin
Oxunma sayı: 1363

 Deputat Tahir Kərimli təmsil etdiyi Ağsu rayonunda məktəb probleminə toxunub.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı parlamentdə çıxış edən T. Kərimli bildirib ki, Ağsuda 1980- ildən tikilmiş məktəblər hələ də fəaliyyət göstərir: “Həmin məktəblər uçub tökülməkdədir. Bəzi kənd məktəblərində ilan gəzir. 2,4 5 nömrəli məktəblərin çoxu pis vəziyyətdədir. Məktəblərdə 106 müəllimə ehtiyac var. Kişi müəllimlər isə tapılmır. Kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə səbəb olduğunu bilirsiniz. Mən Təhsil Nazirliyinə müraciət edirəm ki, kişi müəllimlərin sayını artırılması üçün müəyyən addımlar atsın”.

Günel Türksoy