Kiyevdə etirazçılarla polis arasında qarşıdurma olub

kiyevde-etirazcilarla-polis-arasinda-qarsidurma-olub
Oxunma sayı: 1430

Ukraynada Ali Radanın qarşısında mitinq keçirən etirazçılarla polis arasında qarşıdurma baş verib.

“Qafqazinfo” xəbər verir ki, toqquşma nəticəsində bir polis əməkdaşı yaralanıb. 

“Petro Poroşenko Bloku” fraksiyasının deputatı Sergey Leşenko bildirib ki, hüquq-mühafizə orqanları Ali Rada qarşısında çadır qurmaq istəyən mitinq iştirakçılarının qarşısını almağa çalışır.