Kiyevdə Heydər Əliyev anılıb

kiyevde-heyder-eliyev-anilib
Oxunma sayı: 834

Mayın 10-da Kiyevdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası (UAR) dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Abidə önündə çıxışı zamanı Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev bildirib ki, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi üçün Ümummilli lider Heydər Əliyev misilsiz xidmətlər göstərib. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədə diasporumuzun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğuna diqqəti cəlb edib. Hikmət Cavadov deyib ki, hələ illər öncə Heydər Əliyevin Ukraynaya səfərləri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub.

Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin qeyd edib ki, Heydər Əliyevin əziz xatirəsi təkcə Azərbaycanda deyil, həm də Ukraynada da uca tutulur.

Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub, boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədə yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb.