Koalisiya qüvvələri Suriyanı bombaladı - 14 ölü,32 yaralı

koalisiya-quvveleri-suriyani-bombaladi
Oxunma sayı: 1109

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor şəhərini bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Suriya ordusu koalisiyanın endirdiyi hava zərbələri nəticəsində 14 nəfərin öldüyünü, daha 32 nəfərin yaralandığını bildirib.

Öz növbəsində Londonda yerləşən qeyri-hökumət təşkilatı “İnsan hüquqlarının riayət olunmasına Suriya monitorinq mərkəzi” isə bombalanma nəticəsində azı 22 nəfərin həlak olduğunu vurğulayıb.