Koalisiya Yəməni bombaladı - Ölən və yaralananlar var

koalisiya-yemeni-bombaladi
Oxunma sayı: 917

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməni bombalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hava zərbələri Səudiyyə ilə sərhəd olan Saad vilayətində endirilib.

Məlumata əsasən, Hamar şəhərinin Tişdan rayonunun bombalanması nəticəsində 4 nəfər ölüb, daha bir neçə sakin isə xəsarət alıb.

Hava zərbələri nəticəsində iki bina dağılıb.